Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - Foto
19-08-2020, 00:37
120

Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - Foto

Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin - Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar.





Oxşar xəbərlər

"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Səbaildə narkotacir saxlanılıb - Foto
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Sabunçuda qardaşlardan narkotik götürüldü
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Bərdədə narkotacirlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb - VİDEO
Balakəndə narkotacir tutuldu - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
“Krıtı Malış Gəncəli” saxlanıldı - FOTO
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Bakıda heroin alverçisi yaxalandı
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Axtarışda olan şəxslər saxlanılıblar
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Cibgir tutuldu - Bakı metrosunda "işləyirdi"
Bakıda "general" həbs edildi
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Televizor oğruları tutuldu - FOTO