Lotu Quli Türkiyədə qətlə yetirildi - Dostu başına 4 güllə vurdu
20-08-2020, 10:13
309

Lotu Quli Türkiyədə qətlə yetirildi - Dostu başına 4 güllə vurdu

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.
N. Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
N.Səlofovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
BakuPost Lotu Qulini öldürən şəxsin  dostu, son dövrlər Nadir Səlifovun yaxın çevrəsində olan Xan Əhmədlinski olduğunu yazıb. 
2018-ci ildə İstanbulda yaxalandıqdan sonra deport edilən Lotu Quli yenidən fərqli sənədlə Türkiyəyə qayıdaraq, orada fəaliyyətini davam etdirib. 
Nadir Səlifovun əzəli düşməni Rövşən Lənkəranskinin qətlinin ildönümündən bir gün sonra (R.Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilib) öldürülməsi bu hadisənin Rövşənin qisası kimi anlaşılması ehtimalını da yaradır. 2000-ci illərdən Rusiyada başlayan kriminal “razborka” bu günə qədər tərəflərdən Otari Bədəlov, nardaranlı Mirseymur, Ded Xasan, sabirabadlı Hikmət, Rövşən Lənkəranskini və ən son Lotu Qulini “apardı”. 
Azərbaycanlı kriminal avtoritetlərin ölümündə Rusiya xüsusi xidmət orqanlarının barmağının olması da istisna edilmir. 
Qeyd edək ki, həbsdən çıxdıqdan sonra güclənən Nadir Səlifov azərbaycanlı kriminal çevrələrin “Xaç atası” adlandırılırdı.

Oxşar xəbərlər

Lotu Quli harada dəfn olunacaq?
Lotu Qulini öldürən Xan bu hala salındı - Foto
“Lotu Quli”nin nəvəsi oldu
"Lotu Quli" dəfn edilir - FOTO
Afaq Aslan Lotu Qulidən danışdı: “Ağırdır...”
"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı - VİDEO
"Lotu Quli"nin qətlə yetirildiyi otel - Fotolar
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
"Lotu Quli"nin öldürülməsi ilə bağlı tibbi ekspertizanın ilkin nəticələri
“Xan Lotu Qulini gözümün önündə güllələdil” - Hadisənin yeganə şahidi
"Xan" "Lotu Quli"ni 4 milyon dollar qarşılığında güllələyib - İddia
Lotu Qulinin qatili türk polisi tərəfindən həbs edilib
"Lotu Quli"nin qatili ilə birlikdə görüntüsü yayıldı - Video
"Lotu Quli"nin ölümünə görə daha bir nəfər SAXLANILDI
Lotu Qulini öldürdülər: sui-qəsd: başından 4 güllə vurulub
“Lotu Quli”nin qətlə yetirildiyi yerdən - Video
Lotu Quli əfsanəsi: Kriminal qiraət
“Lotu Quli”nin hüzr məclisinə basqın edildi - Video
Lənkəranskinin qardaşı "Lotu Quli"nin ölümündən DANIŞDI
Afaq Aslan "Lotu Quli"dən yazdı: "Bilənlər bilir onun ürəyini ... "
“Lotu Quli”nin nəzarət etdiyi sahələr bölü,dürüldü
“Lotu Quli”nin qatili onun videosunu “Qara Qafur”un qohumuna niyə göndərib...
“Mən siyasətlə məşğul deyiləm, öz ideyam var: ədalət və təmizlik...” – Lotu Quli
Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?
Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..
“Lotu Quli” əfsanəsi: hotel otağında kəsilən ömür və qatilin sirri...
“Lotu Quli”nin Rusiyadakı adamlarından biri məhkəmə qarşısında - VİDEO
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına-VİDEO
“Qulinin başına güllə dəyən andan Rusiya bazarları azərbaycanlıların nəzarətindən çıxıb”