"Lotu Quli"nin taclandırdığı “qanuni oğru” həbs edildi - FOTOLAR
16-09-2021, 17:07
46

"Lotu Quli"nin taclandırdığı “qanuni oğru” həbs edildi - FOTOLAR

Azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev (Tolik Noqinski) Rusiya Federasiyasının subyekti Stavropol diyarının Mineralnıe Vodı şəhərində saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, “qanuni oğru”nun üzərindən narkotik maddə olan heroin aşkar edilib. Taleh Dağlıyevin barəsində Rusiya Cinayət Məcəlləsinin 228.2-ci (külli miqdarda narkotin maddənin qanunsuz saxlanılması) maddəsilə cinayət işi başlanıb. 
Dindirmə zamanı Taleh Dağlıyev bildirib ki, o, Mineralnıye Vodı şəhərinə müalicə məqsədilə gəlib. 
Taleh Dağlıyev 24 noyabr 1983-cü ildə Bakının Maştağa qəsəbəsində anadan olub. O, bu həbsə qədər iki dəfə məhkumluq həyatı yaşayıb. Taleh Dağlıyev ilk dəfə 2015-ci ildə qanunsuz silah gəzdirməyə mühakimə olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. İkinci dəfə isə 2017-ci ildə narkotik ittihamı ilə 1 il şərti cəza alıb. 
Taleh Dağlıyev 2014-cü ildə Türkiyədə “qanuni oğru” adına layiq görülüb. Onun taclandırıldığı “sxodka”da Nadir Səlifov (Lotu Quli), Namiq Səlifov (Namiq Bakinski), Andrey Torkunov (Turok) və Oleq Piroqov (Tcirkaç) kimi nüfuzlu “qanuni oğru”lar iştirak edib.
Taleh Dağlıyev “qanuni oğru” statusu aldıqdan 1 il sonra rus əsilli “qanuni oğru” Vladislav Qraçevlə (Şarap) konfliktdə olub. Bu konfliktin nəticəsi Şarapın kriminal dünyanın ali statusundan məhrum edilməsi ilə nəticələnib. 2017-ci ildə isə “Moskovskaya Tişina” həbsxanasında Taleh Dağlıyevlə Sergey Asatryan (Osetrina Mladşiy) arasında münaqişə yaranıb. Azərbaycanlı “qanuni oğru” bu konfliktdən də qalib ayrılıb.

Oxşar xəbərlər

Azərbaycanlı “qanuni oğru” Rusiyada SAXLANILDI
“Qanuni oğru” döyülərək ÖLDÜRÜLDÜ
“Qanuni oğru“ “Vadik Belıy“ öldü
Lotu Quliyə sui-qəsddə şübhəli bilinən qanuni oğru Türkiyədə tutuldu
Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlundan kömək istədi
“Lotu Quli”nun varisi elan edildi...
Lənkəranskinin yaxın adamı azadlıqda: Kriminal dünya yenidən qarışa bilər (FOTO)
Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir
Rövşən Lənkəranskinin “sağ əli” AZADLIĞA ÇIXDI - VİDEO
“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı - VİDEO
Lotu Qulinin qardaşı hücuma keçdi: Kriminal aləmdə iki "qoçu"nun başı bir qazanda qaynayacaqmı?
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
“Mən siyasətlə məşğul deyiləm, öz ideyam var: ədalət və təmizlik...” – Lotu Quli
Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına-VİDEO
“Qanuni oğru” həbsxanada döyüldü: Məhbuslardan gizli yemək yeyib
Bakı sakini “Lotu Quli”yə görə bıçaqlandı
Lotu Qulinin qurplaşmasına meydan oxuyan kimdir? - Şalinskinin iddiaları...
“Lotu Quli”nin hüzr məclisinə basqın edildi - Video
Lotu Qulinin qardaşı qanlı qarşıdurmanın qarşısını aldı - VİDEO
Qanuni oğru həbsxanadan çıxıb dəlixanaya düşdü-FOTO
Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?
"Lotu Quli"nin öldürülməsi ilə bağlı tibbi ekspertizanın ilkin nəticələri
Məşhur müğənnilərin öldürülən “qanuni oğru” ilə FOTOSU YAYILDI
"Lotu Quli" dəfn edilir - FOTO
Məşhur “qanuni oğru” mübahisə yaratdı – Təyyarənin uçuşu dayandırıldı
Lotu Qulinin adamları arasında parçalanma: Oğru dünyası yenidən qan gölünə dönə bilər
Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi
Kələm dolmasının içində narkotik AŞKARLANDI
İsgəndər Həmidovun həbsxanada “Lotu Quli” ilə DİALOQU