“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
20-08-2020, 15:28
293

“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olan şəxslər saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hacıqabul şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Alim Namiq oğlu saxlanılaraq üzərinə baxış keçirilən zaman ondan bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Məlum olub ki, narkotik vasitəni ona əvvəllər Rusiya və Azərbaycanda məhkum olunan, Hacıqabul şəhər sakini, 1986-cı il təvəllüdlü kriminal dairələrdə “Şirinbala” ləqəbi ilə tanınan Səmədov Faiq Rahib oğlu satıb. Əməliyyatın davamı olaraq müəyyən edilib ki, F.Səmədova narkotik vasitəni yas məclislərində mollalıq edən “Kərbəlayi Valeh” kimi tanınan əvvəllər məhkum olunmuş Hacıqabul şəhər sakini, 1974-cü il təvəllüdlü Vəliyev Valeh Balaqardaş oğlu satıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan 32,332 qram narkotik vasitə olan heroin, 4,044 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Həmçinin müəyyən edilib ki, V.Vəliyevə narkotik vasitələri Şirvan şəhər sakini, əvvəllər Rusiya federasiyasında məhkum olunan 1971-ci il təvəllüdlü kriminal dairələrdə “Hacı” ləqəbi ilə tanınan narkotacir Məmmədov Fərrux Məmməd oğlu 360 manata satıb. Sonuncu saxlanılarkən onun da üzərindən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Bakıda qadın narkotacir saxlanılıb
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Sabunçuda qardaşlardan narkotik götürüldü
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Balakəndə narkotacir tutuldu - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Bakıda heroin alverçisi yaxalandı
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
"Baron Eyvaz" saxlanıldı - FOTO
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu
Salyan sakinindən 4 kq narkotik götürülüb
Hacıqabul sakinini cərəyan vuraraq öldürüb
Xızıda sürücü polisləri silahla hədələdi
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO