İmişlidə iki il əvvəl qətlə yetirilən şəxsin meyiti göldən tapıldı
27-09-2021, 19:35
32

İmişlidə iki il əvvəl qətlə yetirilən şəxsin meyiti göldən tapıldı

İmişlidə 2 il əvvəl qətlə yetirilən şəxsin meyiti tapılıb. Çınqıl karxanasının gölündən tapılan meyitin 2 il əvvəl qətlə yetirilən şəxs olduğu ehtimal olunur.
APA xəbər verir ki, Füzuli rayonunun Horadiz qəsəbəsindən olan 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlu 2019-cu il iyulun 20-də itkin düşdüyü barədə Polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının su ilə dolu dərin katlovanına atıb. Katlavanın böyük ərazini əhatə etməsi və çox dərin olması meyitin axtarılıb tapılmasını çətinləşdirib. Qətli törədən şəxs meyitin üstünə ağır əşyalar bağlayıb və sonra suya atıb. Bu gün səhər saatlarında meyit sudan çıxarılıb.
Meyit müayinə olunmaq üçün İmişli Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb. Meyitin üzərində və başında törədilən cinayətin əlamətləri aşkar edilib.
Meyitdən DNT analizləri götürülüb.
Qeyd edək ki, qətli törədən İsayev Qərib Bahadur oğlu Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda əvvəllər açılmış cinayət işi üzrə araşdırma davam etdirilir.

Oxşar xəbərlər

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya
Gəncə sakininin meyiti göldə tapıldı
Gəncədə sevgilisini öldürüb zibilliyə atan tələbədən XƏBƏR VAR
33 yaşlı kişiyə 18 bıçaq zərbəsi vuraraq öldürdü
Azərbaycanda sələmə pul verən şəxsi öldürdülər
Sabirabadda itkin düşmüş kişinin meyiti tapılıb
Azərbaycanda DƏHŞƏT: Qadın ərini öldürdü, meyitini YANDIRDI
Özünü Kürə atan şəxsin meyiti tapıldı - YENİLƏNİB
Bir ay əvvəl itkin düşən qızın meyiti TAPILDI
Azərbaycanda DƏHŞƏT! Aşura günü dini mərasimə gedən 11 yaşlı uşaq qətlə yetirildi
Bakıda polis polkovniki qətlə yetirildi
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı
Hacıqabulda qadın qaynı oğlu tərəfindən qətlə yetirildi
Sumqayıt sakini narkotik vasitənin təsirindən ölüb
10 yaşlı Nərminin qətlində təqsirləndirilənlə bağlı YENİ QƏRAR
Daha 35 erməni hərbçisinin meyiti tapıldı
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı
Sumqayıtda küçədə meyit tapılıb
Bakıda cinsi azlıq nümayəndəsi öldürüldü
Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR
Kürdə batan iki yeniyetmənin meyiti tapıldı
Göygöldə naməlum meyit tapıldı
Qarabağda daha 29 erməni hərbçinin meyiti TAPILDI
İtkin düşən hərbçimizin nəşi tapıldı
Polis 3 ay əvvəl itkin düşmüş kişini tapdı
Cəlilabadda DƏHŞƏT! Qadın qətlə yetirildi
Füzulidə daha 2 erməni hərbçisinin meyiti TAPILDI
Marneulidə azərbaycanlı ana və oğlu qətlə yetirilib
10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosessi keçirilir
Arvadını, qayınatasını qətlə yetirdi, sonra özünü öldürdü - Azərbaycanda