İsmayıllıda dilənçiliklə məşğul olan qadın evdən oğurluq edib - VİDEO
28-09-2021, 16:22
29

İsmayıllıda dilənçiliklə məşğul olan qadın evdən oğurluq edib - VİDEO

İsmayıllı rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Qurbanəfəndi kəndində yerləşən evlərin birindən 2000 manat pul və 2240 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, dilənçiliklə məşğul olan Sahibə Mahmudova saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin avqustun 28-i günorta saatlarında evdə heç kimin olmamasından və qapının açıq olmasından istifadə edərək həmin ünvana daxil olduğu, niyyətini həyata keçirdikdən sonra isə oradan uzaqlaşdığı məlum olub.
Saxlanılan şəxs ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Mahmudovanın digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Avtomobildən oğurluq edən şəxs saxlanıldı
Bakıda evdən oğurluq edildi
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Oğurluq edən şəxs saxlanıldı
Rəzalət: Bibisinin qızıllarını oğurladı
İcra nümayəndəliyindən oğurluq edən şəxs saxlanıldı
Qonaq getdiyi evdən 13 min manat oğurladı
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Şamaxıda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Bakıda xadimə işlədiyi evdən 15 minlik qızıl oğurladı
Şamaxıda 7 evdən oğurluq edən şəxsdən xəbər var
Bakıda evdən oğurluq edildi
Qızıl oğruları saxlanılıb
Şəkidə dayısı ilə oğurluq edən şəxs saxlanılıb - FOTO
Qarət etdiyi evləri yandıran şəxs tutuldu
Abşeronda iki evdən 14 min manatlıq oğurluq edilib
Xızıda oğurluq edən şəxs saxlanılıb - FOTO
Şəmkirdə oğurluq edənlər saxlanıldı - FOTOLAR
Salyanda qoyun oğrusu tutuldu
Polis dələduzluq edən “vəkil“i saxlaldı
Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb
İcra nümayəndəliyinin binasından kompüter oğurladı - FOTO
Bakıda bacılar evdən 10 min manatlıq oğurluq etdi
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Altıağacda mağazadan oğurluq edildi
Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı
Bakıda evdən 5 min manatlıq oğurluq edildi
Bakıda avtomobildən oğurluq edildi
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"