Bakıda ana qızı ilə birləşib ərini öldürdü – Video
5-10-2021, 10:18
76

Bakıda ana qızı ilə birləşib ərini öldürdü – Video

Bakıda ağır cinayət olub. 39 yaşlı kişi küt alətlə döyülərək öldürülüb. Cinayətin mərhumun həyat yoldaşı və qızı tərəfindən törədildiyi iddia olunur.
Ana qızı ilə əlbir olub həyat yoldaşını öldürməkdə ittiham olunur. Ağır cinayət paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Rahib Qədimov küçəsi 26 ünvanında yaşayan 39 yaşlı Vüqar Eyyubovun intihar etməsi ilə bağlı rayon polis idarəsinə məlumat daxil olub.
Hadisənin intihar və ya qətl olduğunu araşdırmaq üçün dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, meyitə baxış keçiriblər. Meyit müayinə üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiyə birliyinə aparılıb.
Bu işdə şübhəli kimi Vüqarın həyat yoldaşı Mahirə Eyyubova və 17 yaşlı qızı saxlanıb. Qonşuların sözlərinə görə, Vüqar Eyyubov narkotik maddə aludəçisi olub. Bu səbəbdən də ailədə tez-tez dava olurmuş. İddialara görə, Vüqar Eyyubov həmin günü həyat yoldaşından narkotik maddə almaq üçün pul tələb edib. Elə hadisə də bu zaman olub.
Hadisədə şübhəli bilinən Mahirə Eyyubova və qızı saxlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. 
 

Oxşar xəbərlər

Ucarda 12 yaşlı yeniyetmə intihar etdi
Cəlilabadda ər həyat yoldaşını qətlə yetirdi
Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayılıb - VİDEO
Gəncədə ər 30 yaşlı həyat yoldaşını döydü vəziyyəti ağırdır
İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ
Azərbaycanda dəhşətli qətl: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Xaçmazda 34 yaşlı qadın əri tərəfindən qətlə yetirilib
Bakıda ər arvadını döyərək ağır xəsarətlər yetirdi
Bakıda 12 yaşlı qız itkin düşdü - Foto
Bakıda ərini öldürən qadın peşman olmadığını dedi
Dəhşət: Boşanmaq istəyən həyat yoldaşını qəssab bıçağıyla doğradı
Arvadından ayrılan kişi sevdiyi qadını həyətinə apararaq boğazını kəsdi - Bakıda qətl
Göyçayda dayısı 18 yaşlı qızı yastıqla boğubmuş - RƏSMİ
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Bakıda 39 yaşlı kişini övladları döyə-döyə öldürdü
İntihar etdiyi düşünülən biznesmeni 16 yaşlı qızı öldürüb - FOTO
Bakıda kişi həyat yoldaşını qətlə yetirdi, daha sonra özü intihar etdi
Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını ürəyindən bıçaqladı
61 yaşlı qadın evdə ölü tapıldı: Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır - FOTO
Şəmkirdə 17 yaşlı gənc özünü güllələyərək ÖLDÜRDÜ
Arvadı və sevgilisi ilə birlikdə yaşayan kişi ÖLDÜRÜLDÜ
Azərbaycanda yaşlı qadın qazdan boğuldu
Qadın boksçu ərini döyərək öldürdü
Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardı
Azərbaycanda bir ayın gəlini qonşusuna qoşulub QAÇDI
Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - VİDEO
Azərbaycanda 28 yaşlı kişi intihar edib
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Bakıda ana və körpəsini maşın vurdu, körpə öldü
Ucarda dəhşət: Ər arvadını bıçaqladı