Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
21-08-2020, 12:39
248

Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur

2020-ci ilin yanvar-iyun ayları ərzində qeydə alınan 13310 cinayət hadisəsinin 2904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.
Bu barədə Gündəlik Bakıya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu cinayətlərin  57,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,5 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1921 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 68,0 faizini heç yerdə işləməyən və oxumayanlar, 28,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.
Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 2,2 faiz təşkil edib.
Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 8,8 faizi 18-24 yaşlı, 17,8 faizi 25-29 yaşlı gənclər, 73,2 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2020-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 2149,1 kiloqram narkotik maddələrin 1426,7 kiloqramını heroin, 513,2 kiloqramını marixuana, 144,6 kiloqramını tiryək, 20,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 44,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Oxşar xəbərlər

Axtarışda olan şəxslər saxlanılıblar
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Xızıda sürücü polisləri silahla hədələdi
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Polis narkotiki təbliğ edən qadına qarşı əməliyyat keçirdi
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
İrandan gələn iş adamı gömrükdə “ilişdi”
Bakıda qadın narkotacir saxlanılıb
Azərbaycanda polis bıçaqlandı
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Səbaildə narkotacir saxlanılıb - Foto
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Balakəndə narkotacir tutuldu - FOTO
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
Venesuela hərbçiləri narkotik maddələr daşıyan ABŞ təyyarəsini vurublar - FOTO
Əfqanıstandan Avropaya gedən narkotrafikin “Şimali Balkan yolu” marşrutu məhz ölkəmizdən keçir
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb