Bakıda avtoritetin güllələnməsi ANBAAN kameralara düşdü - VİDEO
16-10-2021, 14:01
78

Bakıda avtoritetin güllələnməsi ANBAAN kameralara düşdü - VİDEO

2019-cu ildə törədilən cinayətin kamera görüntüləri tapılıb.
lent.az xəbər verir ki, istintaq materiallarından məlum olur ki, öldürülən Mübariz Budaqlı ilə qətli törədən Taleh Cəlalovun arasında ədavət olub. Ədavət isə T. Cəlalovun həyat yoldaşının Tərtərin Seyidimli kəndində əxlaqsızlıq etməsi ilə bağlı yayılan iddialar səbəbindən meydana gəlib.
İndi isə əvvəlcə hadisə barədə qısa məlumat verək. 2019-cu il iyunun 7-də keçirilmiş baxış protokoluna əsasən, Azadlıq prospekti, 185 ünvanında "Mercedes” markalı avtomobilin qabaq sərnişin oturacağında vətəndaş Mübariz Budaqlının meyiti aşkar edilib.
Məlum olub ki, hadisə yerindən qaçmağa cəhd edən şəxs YPX əməkdaşları tərəfindən saxlanılıb və Binəqədi rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma zamanı, onun 1979-cu ildə Tərtər rayonunun Seydimli kəndində anadan olan Taleh Cəlalov olması müəyyən edilib. Həmin gün 1-ci Mədən qəsəbəsində yerləşən avtomobil təmiri sexində 16 kalibrli, lüləsi kəsilib qısaldılmış odlu silah götürülüb.
Qətl hadisəsi ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Mübariz Budaqlıya atəş yaxın məsafədən açılıb. Onun ölümünə güllə nəticəsində beynin tam əzilib dağılması səbəb olub.
1984-cü il təvəllüdlü Vüsal Hüseynov və qardaşı 1983-cü il təvəllüdlü Səxavət Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Hadisədə iştirak edən Tərtər şəhər sakini 1985-ci il təvəllüdlü İmran Bəbirov oktyabrın 19-da həbs edilib.  





Oxşar xəbərlər

İmişlidə iki il əvvəl qətlə yetirilən şəxsin meyiti göldən tapıldı
Suqovuşanda mina partladı - ölən var
Sürücü mikroavtobusu polislərin üzərinə sürdü - Video
Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü
Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
Bakıda piyadanı vurub qaçan şəxs tutuldu
Sabirabadda itkin düşmüş kişinin meyiti tapılıb
Bakıda iki silahlı şəxs saxlanılıb - Video
Bakıda narkotik satan qadın saxlanıldı - VİDEO
Bakıda ŞOK OLAY - qadın ögey qızı və onun əri tərəfindən öldürülərək gölə atılıb
Evinə dövlət məmurları gələn kişi atəş açdı - Bakıda OLAY
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Azərbaycanda qayın yeznəsini tüfənglə öldürdü (YENİLƏNİB)
Bakıda ata bilmədən oğlunu "cinayətkar" çıxardı
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu
Bakıda evlərdən 40 min manatlıq oğurluq edildi - VİDEO
Bakıda qayınata kürəkənini qətlə yetirdi
Bakıda "Prado" qaçırıldı - VİDEO
Qobudakı dəhşətli cinayəti törədən şəxs həbs olundu - VİDEO
Sumqayıtda küçədə meyit tapılıb
Bakıda sərxoş Türkiyə vətəndaşı qəza törətdi: Xəsarət alanlar var
Bakıda DƏHŞƏT: Qadını öldürüb basdırdılar
İşlədiyi marketdəki terminaldan oğurluq etdi
Bakıda iki "haker" tutuldu: "06" ilə... - VİDEO
Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı daha bir cinayət işi ayrıca icraata verildi
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı - FOTO
Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı