Azərbaycanda dərsdən evə qayıdan məktəbli qızı tutub zorladılar
21-10-2021, 14:54
122

Azərbaycanda dərsdən evə qayıdan məktəbli qızı tutub zorladılar

Zaqatala rayonunda məktəbli qız seksual xarakterli zorakılıqla üzləşib.

News24.az xəbər verir ki, hadisə bu il may ayının 4-də saat 17 radələrində rayonun Axaxdərə kəndində qeydə alınıb. Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi və zorlamaya cəhd əməlinə görə məhkum edilmiş kənd sakini, 1977-ci il təvəllüdlü Həsən Abdulov bu dəfə həmkəndlisinin 2008-ci il təvəllüdlü qızı Mədinəni zorlamaq qərarına gəlib.

Məlumata görə, Həsən Car kəndində məscidin yaxınlığında olarkən həmkəndlisinin qızının hazırlıq dərsindən çıxıb yol kənarında dayandığını və öz kəndlərinə gedən avtobusu gözlədiyini görüb. Sərxoş vəziyyətdə olan Həsən yetkinlik yaşına çatmayan məktəbli qızı zorlamaq qərarına gəlib və ona yaxınlaşaraq atasını xəbər alıb. Daha sonra o, Mədinənin arxasıyca məscidin qarşısına yaxınlaşan "Mercedes" markalı mikroavtobusa minib. Seksual manyak avtobus Axaxdərə kəndinə çatanda qızla birlikdə düşüb və onun arxasıyca düşüb. 13 yaşlı qız yolunu dəyişib nənəsigilin həyətinə daxil olmaq istəyərkən Həsən arxadan onu vurub və ağzını tutaraq zorla yaxınlıqdakı meşəlik zolağa aparıb. Burada qızı ölümlə hədələyən və qışqırmaması üçün ağzını tutan şəxs onu üzü üstə yerə uzadaraq zorlayıb.

Məktəbli qız Həsənin ona qarşı etdikləri barədə evə qayıdan kimi nənəsinə və anasına xəbər verib. Seksual manyak dərhal polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb.

Sentyabr ayında Şəki Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə prosesinin yekununda H.Abdulovun 14 il müddətində azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.

Oxşar xəbərlər

Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə oldu - CİNAYƏT İŞİ
14 yaşlı oğlan "06" ilə 3 məktəbli qızı vurdu
Azərbaycanda məktəbli qız İNTİHAR ETDİ
Azərbaycanda faciə: 15 yaşlı məktəbli hasardan yıxılıb öldü
Qaçan qurbanlığın arxasıyca gedən gənc itkin düşdü - FOTOLAR
Abşeronda seksual manyak 5 yaşlı qıza....
Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Sabirabadda ana, oğlu və qızı BIÇAQLANDI
Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirdi
Bir ailənin 6 üzvü qəzada yaralandı
Qazaxda iki bacı dəm qazından zəhərləndi
Azərbaycanda toy məclisində hadisə
Tovuzda 8 yaşlı qızı maşın vurdu
Azərbaycanda FACİƏ: Bir ailənin 6 üzvü...
Oğuzda 66 yaşlı qadın boğazını kəsdi
Azərbaycanda iyrənc hadisə: Ata iki qızına təcavüz etdi
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Bakıda əsəb xəstəsi qadın, 83 yaşlı kişi və 20 yaşlı qız itkin düşüb
15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi
15 yaşlı məktəbli niyə canına qəsd edib? - VİDEO
Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyib
Bakıda taksi sürücüsü bıçaqlandı
İsmayıllıda kişi sərxoş halda avtomobili divara çırpdı, dayısı öldü
Göygöldə QƏZA - 3 nəfər xəsarət aldı
Cəlilabadda 61 yaşlı kişi intihar edib
Azərbaycanda ağır qəza: 3 nəfər həlak oldu
Ana 5 yaşlı qızını və özünü asdı - Bakıda dəhşətli hadisə
Samuxda partlayış - Yaralılar var
Azərbaycanda 15 yaşlı məktəbli özünü asdı