Anası iddia edir ki, 8-yaşlı Fərəhi 13-cü mərtəbədən atası atıb
21-10-2021, 21:25
80

Anası iddia edir ki, 8-yaşlı Fərəhi 13-cü mərtəbədən atası atıb

Təxminən bir il öncə paytaxtın Nizami rayonunda 8-yaşlı Fərəhin yaşadıqları 13-cü mərtəbədən düşüb həyatını itirməsi ilə bağlı anası fərqli fikirdədir. İstintaq bu hadisənin intihar olması - Fərəhin valideynləri arasındakı dava-dalaşa görə özünü pəncərədən atması nəticəsinə gəlib. Anası Dilarə Bağıyeva isə iddia edir ki, uşağı atası atıb.
Fərəhin valideynləri arasında dava sırasında 13-cü mərtəbədən düşməsi iş materiallarıyla da təsdiqlənir. Bunu onun valideynləri də ifadələrində deyiblər.
"Otağa girəndə Fərəhi tapmadım"
Hər ikisi etiraf edib ki, ailədə uzun müddətdir ər-arvad arasında tez-tez dava olurdu. Sonuncu dava hadisə günü - noyabrın 27-də yaşanıb.
Vahid Nadirov ifadəsində deyib ki, bu dəfə hamamdakı duş kabinəsinin şüşəsinin sındığına görə əli kəsilib, buna görə də həyat yoldaşıyla mübahisə başlayıb. Onun sözlərinə görə, Fərəh ata-anasının arasına girib, onları sakitləşdirməyə çalışıb: "Dilarə Fərəhə dedi ki, babasına zəng eləsin. Mən telefon xəttini qopardım. Sonra evdən getmək istəyəndə ikisini də saxladım. Fərəhi otağına saldım. Dilarə sakitləşmirdi. Mən mətbəxə girib qapını bağladım, Dilarə dəhlizdə qaldı. Təxminən yarım saat sonra Dilarə "Fərəh, Fərəh" qışqırdı. Otağa girəndə Fərəhi tapmadım...".
Nadirovun sözlərinə görə, uşaq binanın beton çıxıntısının üstünə düşmüşdü.
"Fərəh ağlayırdı ki, atası dayansın"
Ərinin spirtli içki qəbul edib tez-tez onu döydüyünü deyən Bağıyevanın sözlərinə görə, o, boşanmaq istəyib. Amma əri onu və ailəsini öldürməklə hədələyib. Bir dəfə həyat yoldaşından polisə şikayət etsə də, sonradan ərizəsini geri götürüb. İndi deyir ki, o zaman da qorxudan bu addımı atmışdı: "Hadisə günü yenə içkili gəldi. Hamamda duş kabinəsinin şüşəsindən əlinin kəsilməsinin acığını çıxdı. Saçımdan sürüyə-sürüyə yataq otağına apardı, uşaq qaçıb yanıma gəldi. Başımı yerə vuranda burnumdan qan açıldı. Fərəh ağlayırdı ki, atası dayansın...".
Ana deyir ki, uşağını da götürüb evdən getmək istəyib, əri qoymayıb. Onun sözlərinə görə, atası Fərəhi bir otağa salıb, çıxmaması üçün xəbərdarlıq edib. Bir müddət sonra əri evdən çıxanda uşağın olduğu otağa baxan Bağıyeva Fərəhi orada tapmayıb. Əvvəl fikirləşib ki, yəqin uşaq gizlənib. Sonra pəncərənin açıq olması diqqətini çəkib.
1 il 6 ay həbs
Hadisədən sonra Vahid Nadirovun da haqqında cinayət işi başlanıb. O, həyat yoldaşını döyməkdə suçlanıb. Bu günlərdə başa çatan məhkəmə prosesinin nəticəsi olaraq, Nadirov CM-in 133.1 (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinib. O, 1 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə getdiyi dövrdə azadlıqda olan Nadirov hökm oxunanda məhkəmə zalında həbs olunub.
Bağıyeva isə bununla razılaşmır, o, ərinin Fərəhin ölümünə görə cəzalandırılmasını istəyir. Bu məqsədlə də müxtəlif dövlət orqanlarına şikayətlər göndərib.
Prokurorluq isə bildirir ki, Fərəhin ölümü ilə bağlı cinayət işi hərtərəfli araşdırılıb və hadisənin qəsdən adam öldürmə yox, intihar olduğu sübuta yetirilib. /Azadliq.org

Oxşar xəbərlər

Bakıda 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atıb
Əvvəlcə öldürdü, sonra meyiti beşinci mərtəbədən atdı
Ata oğlu ilə dava edən məktəbliləri GÜLLƏLƏDİ
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
İranlı rejissor valideynləri tərəfindən ÖLDÜRÜLDÜ
Bakıda İran vətəndaşı özünü 6-cı mərtəbədən atdı
Xankəndində ermənilər arasında dava - Yaralananlar var
Bakıda qadın özünü 12-ci mərtəbədən atıb
18 yaşlı qız bu sözləri yazıb özünü beşinci mərtəbədən atdı
13 yaşlı oğlan yeni doğulan bacısını yeddinci mərtəbədən yerə atdı
Toyda kütləvi dava: Gəlin xəstəxanalıq oldu - Türkiyədə
Bakı çimərliyində kütləvi dava - Qıza söz atdığına görə (VİDEO)
Bakıda məktəbdə dava: Şagird döyüldü
Şərurlu İsfəndiyarın restoranında dava - Müğənni aranı qatdı, aşığı vurdular
Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardı
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?
Arvadı ilə dava edən kişi özünü atdı
14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
Bakıda dəhşətli intihar: 14 yaşlı oğlan özünü binadan atdı
Bakıda azyaşlı uşaqları ilə özünü 4-cü mərtəbədən atan qadından XƏBƏR VAR
Astarada gəlinlər arasında dava: Onlardan biri bıçaqlanaraq öldürüldü
Bakıda ev sahibi kirayəşin tərəfindən bıçaqlanıb
Azərbaycanda hava limanında rəislər arasında DAVA
Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayılıb - VİDEO
Toyda qudalar arasında əlbəyaxa dava: gəlin əsəbdən maşını yumruqladı - VİDEO
Sumqayıtda gənc qız intihar edib
Valideynləri koronavirusdan ölən yeniyetmə intihar etdi
Bakıda 71 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
“Bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm!”