Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər
24-08-2020, 11:02
151

Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər

Yevlax rayonunda tanışını öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Rəşad Dərvişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Gündəlik Bakı Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin mayın 6-da Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ceyhun Seyidovun yıxılaraq xəsarət alması və rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Bu zaman yaranın əlamətləri şübhə doğurduğu və qətl ehtimalı yarandığı üçün dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə başlanılıb.
Keçirilmiş tədbirlərlə Ceyhun Seyidovu qətlə yetirməkdə şübhəli bilinən, onun yaxın qohumu olan Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rəşad Dəvrişov tərəfindən törədildiyi müəyyən edilib.
Rəşad Dəvrişov polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.
Dindirilmə zamanı Rəşad Dəvrişov Ceyhun Seyidovla aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib.
Qeyd edək ki, qətlə yetirilən Ceyhun Seyidov qaraçı milliyətindən olub. Onun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Məlum olub ki, hadisə rayon ərazisində məşhur yer kimi tanınan qaraçıların yaşadığı ərazidə baş verib. Orada tərəflər arasında mübahisə yaranıb və sonda qətl hadisəsi törədilib.
Mübahisənin başlanmasına səbəb söyüş söyülməsi olub.
İstintaq orqanı tərəfindən Rəşad Dəvrişovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər

Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ
Gecə klubu qarşısında mübahisə: Qardaş bacısını öldürdü - Təfərrüat
Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü - Bakıda olay
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Qonşusunu öldürən şəxs saxlanıldı
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Bakıda 10 000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub
Bakıda qətl törədilib
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Balakəndə narkotacir tutuldu - FOTO
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"
Polis saxta pul çap edənləri yaxalayıb
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Bakıda 30 yaşlı kişi bıçaqlanıb