Qohumuna qarşı 23 min manatlıq dələduzluq edən şəxs HƏBS EDİLDİ
26-10-2021, 15:11
55

Qohumuna qarşı 23 min manatlıq dələduzluq edən şəxs HƏBS EDİLDİ

Xəbər verildiyi kimi, Füzuli rayon sakini Maral Xəlilovanın öz qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyi adı ilə ondan ümumilikdə 23 min manat məbləğində pul almışdır.
Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Oxşar xəbərlər

13 min manat dələduzluq edən qadına cinayət işi açıldı
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
Azərbaycanda bələdiyyə sədrinin sabiq müavini SAXLANILDI
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi
Məktəb direktorunu polis nəzarətə götürdü - FOTO
Bakıda ata və oğlu 55 min manatlıq dələduzluq etdi
Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ
Baş həkim vətəndaşın 280 min manat pulunu ələ keçirdi - DƏLƏDUZLUQ
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Özünü vəzifəli şəxsi kimi təqdim edən şəxs həbs edildi
Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu
Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi AÇILDI
“Rabitəbank”ın əməkdaşı HƏBS EDİLDİ
“OBA Market”in filial administratorunun cinayət işi məhkəməyə göndərildi
Koronavirus xəstəsi olan aptek rəhbərinə cinayət işi açıldı
Dələduzluq edən məktəb direktoru haqda cinayət işi başlandı
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə HƏBS EDİLDİ
Bakıda dələduz tutuldu, görün nə edirmiş - VİDEO
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda sabiq bələdiyyə sədri HƏBS EDİLDİ
Özünü polis kimi təqdim edib qadından 17 min manat aldı - VİDEO
Yasamalda qətldə təqsirləndirilən şəxs tutuldu
“Armo Store”da 20 min manatlıq QANUNSUZLUQ
Lerikdə bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərilib
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Tanışını bıçaqla öldürən şəxs həbs edildi
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ