Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Gündəlik Bakıya verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Şərəfxanlı kənd sakini Elmin Mirzai saxlanılıb.
E.Mirzainin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 16 kiloqramdan artıq 14 ədəd çətənə kolu müəyyən olunaraq götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
