Ağstafa sakini intihara cəhd etdi
25-08-2020, 15:43
317

Ağstafa sakini intihara cəhd etdi

Ağstafa rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirməklə intihara cəhd edib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 36 yaşlı Samir Cəlilov ülgüclə qoluna xəsarət yetirərək damarlarını kəsib.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb, müayinə və müalicə edildikdən sonra ambulator müalicəyə göndərilib.
S.Cəlilov bir neçə saatdan sonra xəstəxanya qayıdaraq onu avtomobil vurduğunu deyib. Yenidən müayinə edilən S.Cəlilovun bədənində özünə ülgüclə yetirdiyi xəsarətdən başqa heç bir zədə aşkar olunmayıb. Xəstəxananın növbətçi həkimi polisə məlumat verib. S.Cəlilov polisə yalan ifadə verərək naməlum avtomobil tərəfindən vurulduğunu və sürücünün hadisə yerindən qaçdığını bildirib.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin avtomobilin onu vurması haqda dedikləri öz təsdiqini tapmayıb.
Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirməsi və məsələnin digər təfərrüatı araşdırılır.

Oxşar xəbərlər

Ağstafada yeniyetmə qız intihara cəhd edib
Gəncədə 25 yaşlı qadın dərman içib damarlarını kəsdi
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
Göyçayda 47 yaşlı kişi bıçaqlandı
Almaniyada ana beş uşağını öldürüb
Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu
28 yaşlı kişini avtomobil vurdu
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Azərbaycanda polis intihar etdi - YENİLƏNİB + FOTO
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
Salyanda avtomobil aşdı: Xəsarət alan var
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Paytaxtda ahıl kişi döyüldü
Diri-diri torpağa basdırılmış qadın üç gündən sonra qəbirdən sağ çıxdı - FOTO
Bakıda xanım sürücü avtomobili ağaca çırpıb
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Bakıda 30 yaşlı kişi bıçaqlanıb
Bakıda iki avtomobil toqquşdu: 3 yaralı
Azərbaycanda dəhşətli qəza: Ana öldü, qızları yaralandı - VİDEO
İntihar etdiyi düşünülən biznesmeni 16 yaşlı qızı öldürüb - FOTO
Beş uşaq anası övladlarına narkotik maddə verdikdən sonra boğaraq öldürüb...
10 yaşlı qızı intim fotosunu göndərməyə məcbur etdi
Oğuzda gəlin 73 yaşlı qayınatasını döydü
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda oteldə qadının başı kəsildi
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
Bakıda xanım sürücü qəza törətdi: Maşın dərəyə yuvarlandı - Foto
Qəbələdə ağır qəza: Xəsarət alan var