Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Binə kəndi ərazisindəki stasionar postda VAZ markalı avtomobil saxlanılıb.
 
Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.