Kürdəmirdə iki yük maşını toqquşdu - VİDEO
25-11-2021, 15:01
61

Kürdəmirdə iki yük maşını toqquşdu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kürdəmirdə yol qəzasına uğrayan sürücünün həyatını xilas edib.
Nazirlikdən verilən məlumata görə, 25 noyabr 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-BENZ ATEGO" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və qəzaya uğramış "MERCEDES-BENZ ATEGO" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.
Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Oxşar xəbərlər

“Mercedes“ və “VAZ“ toqquşdu, iki nəfər həlak oldu
İsmayıllıda "Mercedes"lə "Ford" toqquşdu
Xızıda yük maşını traktorla toqquşdu: Ölən var
Ağstafada iki avtomobil toqquşdu - Ölən var
Bakıda ağır qəza
Zaqatalada avtomobil beton maneəyə çırpıldı, ölən var
Abşeronda “Fiat” “KamAZ”la toqquşdu
Bakıda "Toyota" ilə "Kamaz" toqquşdu - Ölən var
"NAZ"la "VAZ" toqquşdu
Salyanda yük maşınları toqquşdu, xəsarət alanlar var
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb
Bakıda mikroavtobus yük avtomobilinə çırpıldı - Ölən və yaralılar var
“Opel” və “NAZ-Lifan” toqquşdu, 2 nəfər yaralandı
İsmayıllıda "Mercedes" dərəyə AŞDI
Bakıda avtomobil yandı
“Mitsubishi” maneəyə çırpıldı - Xəsarət alan var
Bakıda sexdə yanğın oldu
Bakıda üç avtomobil toqquşub - YENİLƏNİB - VİDEO
Bakıda avtobusla minik avtomobili toqquşub - Yaralanan var
Kürdəmirdə iki minik maşını toqquşdu - yanğın baş verdi
Azərbaycanda DƏHŞƏTLİ QƏZA - 5 nəfər öldü
Sabirabadda "Mercedes" yandı
Avtomobil maneəyə çırpıldı, sürücü öldü
Bakıda “BMW” və “VAZ” toqquşdu - 2 nəfər həlak oldu
Şabranda “Opel” Samur-Abşeron kanalına aşıb: Ölən var
Gəncədə özünü dərəyə atan gənclə bağlı RƏSMİ AÇIQLAMA
Ramana qəsəbəsində yanğın
Goranboyda maşın ağaca çırpıldı - Ölən var
Şabranda "Mercedes" YANDI
Qızılağac Milli Parkında YANĞIN - YENİLƏNİB