"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var (VİDEO)
25-11-2021, 15:05
70

"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var (VİDEO)

Daxili İşlər Nazirliyi (DIN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Bu barədə DIN-in Mətbuat Xidmətindən məlumat verilib.
Əldə edilmiş məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı”, “şüşə” adlanıdırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.
Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan təsdbiri seçilib.


Oxşar xəbərlər

Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Polis əməliyyat keçirdi - saxlanılanlar var
DİN-dən ƏMƏLİYYAT: 75 kq narkotik vasitə aşkarlandı
DİN-dən ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olanlar saxlanıldı - VİDEO
Bakıda daha bir narkotacir saxlanıldı
“Kubinka” və “Şamaxinka”da əməliyyat: Saxlanılanlar var - VİDEO
ƏMƏLİYYAT - 11 nəfər SAXLANILDI - VİDEO
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Polis əməliyyat keçirdi - Video
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Narkotik satışı ilə məşğul olan daha bir dəstə saxlanıldı
Bakıda "patı" satan daha 4 nəfər saxlanıldı - VİDEO
Polis əməliyyat keçirdi - Saxlanılanlar var + VİDEO
Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO
Bakıda əməliyyat: Polis 40 nəfəri saxladı
DİN-dən ƏMƏLİYYAT: “Patı” və “şüşə” satanlar tutuldu - VİDEO
DİN-dən ƏMƏLİYYAT: 5 nəfər saxlanıldı - VİDEO
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
Lənkəranda narkotacir qardaşlar saxlanıldı
Bakı sakininin evindən 15 kiloqram narkotik götürüldü
Polis əməliyyat keçirdi - saxlanılanlar var
"Rəmiş" ləqəbli narkotacir tutuldu - VİDEO
Pirallahıda narkotik satanlar saxlanıldı
Polisdən narkotik əməliyyatı - 40 kiloqramdan artıq heroin və metamfetamini aşkarlandı (VİDEO)
Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu
Lənkəranda “patı” əməliyyatı - 16 nəfər saxlanıldı