Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
26-08-2020, 13:09
135

Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Gündəlik Bakıya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Tariyel Məmmədov saxlanılıb. T. Məmmədovun şəhər ərazisində kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 45 sm-dən 330 sm-dək olan, çəkisi 400 kiloqrama yaxın 149 ədəd çətənə kolları və satış üçün qablaşdırdığı ümumi çəkisi 1 kiloqram 300 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin T. Məmmədovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi kənardan idarə olunan video kamera, gecə görüntüsü üçün xüsusi hazırlanmış fənər, satış məqsədi ilə istafadə etdiyi elektron tərəzi və eləcə də digər müxtəlif növ vasitələr və qurğular da maddi sübut kimi götürülüb.

Oxşar xəbərlər

Sabirabad sakinindən 14 kq marixuana və 27 çətənə kolu götürülüb
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
Xaçmazda meşədə narkotik plantasiyası aşkarlanıb - FOTO
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Balakəndə narkotacir tutuldu - FOTO
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Qusarda bir tondan çox narkotik məhv edildi
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
"Baron Eyvaz" saxlanıldı - FOTO
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Bakıda qadın narkotacir saxlanılıb
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Narkobaron “Çopur Ramiz”  dəstəsiylə birlikdə tutuldu