15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
26-08-2020, 16:48
422

15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qubadlı rayon sakini Ramin Qasımlı tutulub.
Şəxsi axtarış zamanı onun üzərindən 2 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Ramin Qasımlının idarə etdiyi “Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və üç kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Sonuncu əməliyyat nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Yardımlı rayonunda qəbul edib və Sumqayıt şəhərinə gətirərək satışını təşkil etmək istəyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ramin Qasımlı tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Bakıda qadın narkotacir saxlanılıb
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Balakəndə narkotacir tutuldu - FOTO
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Səbaildə narkotacir saxlanılıb - Foto
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Axtarışda olan şəxslər saxlanılıblar
Polis narkotiki təbliğ edən qadına qarşı əməliyyat keçirdi
Sabunçuda qardaşlardan narkotik götürüldü
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Xızıda sürücü polisləri silahla hədələdi
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO