Bakıda yanğın hadisəsi olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.