Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
8-10-2019, 14:00
8 070

Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə respublikanın meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
DİN-dən Milli.Az-a verilən məlumata görə, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.
Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.
Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.
Qeyd edək ki, Quba və Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Oxşar xəbərlər

Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Qusarda bir tondan çox narkotik məhv edildi
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Gəncədə iki top mərmisi tapıldı
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Maştağada silahlı şəxs tutuldu – Foto
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Bakıda qətl törədilib
Xızıda sürücü polisləri silahla hədələdi
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
Dəniz kənarından 2 ədəd mina tapıldı
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Silah gəzdirən şəxs saxlanıldı
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO