DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Hilal Cılğamlı saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana, tiyək, heroin və “patı”, “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sərvər Neymətov saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış zamanı kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Qubada "patı" satanlar saxlanıldı- FOTO