Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat yayıb.
Bildirilib ki, rayon sakini əvvəllər məhkum olunmuş Elman Hüseynov rayonun Yeni Həyət kəndindəki evlərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 5 575 manat nağd pul və ümumi dəyəri 4 030 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Araşdırmalarla həmin şəxsin rayonun Çinarlı qəsəbəsində də anoloji cinayət törədərək fərdi yaşayış evindən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlaması da məlum olub. Davam etdirilən tədbirlərlə E. Hüseynovun Gəncə şəhərində daha 2 mənzildən oğurluq edərək vətəndaşlara məxsus qızıl-zinət əşyalarını qeyri-qanuni yolla ələ keçirməsi aşkar edilib.
Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində mobil telefon oğurlamaqda şübhəli bilinən rayon sakini Tamam Təyyar saxlanılıb. Həmin şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun Gəncə şəhərində yerləşən univermağa gəlib, orada satıcının məşğul olmasından istifadə edərək bir ədəd qızıl boyunbağını oğurlaması müəyyən edilib.
Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.