Kürdəmir rayonunda qadını döyərək ona qarşı soyğunçuluq cinayəti törətməkdə təqsirli bilinən Şıxəliyev Loğman Fariz oğlu, Səmidov Amil Famil oğlu, Həmidov Saməddin Qüdrət oğlu və Cəbrayılov Nicat Elçin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası fevralın 2-nə təyin olunub.
Qeyd edək ki, Ağsu rayon sakini Burcəliyeva Kəmalə Xanəli qızı DİN-nin 102 xidmətinə və Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində tanımadığı dörd nəfər şəxsin ona qarşı soyğunçuluq əməli törətməklə çantasından pullarını və müxtəlif əşyalarını oğurlayaraq qaçıb getmələri barədə məlumat verib.
Dərhal Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, K.Burcəliyevaya qarşı soyğunçuluq əməlini törədənlər Kürdəmir rayon Yeni Şıxımlı kənd sakinləri Şıxəliyev Loğman Fariz oğlu, Səmidov Amil Famil oğlu, Həmidov Saməddin Qüdrət oğlu və Cəbrayılov Nicat Elçin oğludur.
Onlar qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək açıq talama və tamah məqsədilə Kəmalə Burcəliyevaya qarşı zor tətbiq etməklə onun əl çantasından ümumi dəyəri 109 manat dəyərində pul və müxtəlif əşyalarını oğurlamaqla ona qarşı soyğunçuluq əməli törədiblər.
Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.
Kürdəmirdə 4 gəncdən qadına qarşı İYRƏNC HƏRƏKƏT - FOTOKürdəmirdə 4 gəncdən qadına qarşı İYRƏNC HƏRƏKƏT - FOTOKürdəmirdə 4 gəncdən qadına qarşı İYRƏNC HƏRƏKƏT - FOTO