Bu gün Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.
Kulis.az bu münasibətlə bəstəkar haqqında 10 maraqlı faktı təqdim edir.
Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. Şərqdə opera yazan ilk qadın kimi tarixə düşüb. Onun sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu böyük olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı.
***
Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: "Qalx ayağa. Sənin rəngin niyə belədir?”. Mən də dedim ki, "heç, elə belə”... Dedi "gəl bura”, keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: "Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz.
Şəfiqə xanım çox qısa müddət ailəli olub. Bu evlilikdən onun cəmi bir övladı doğulub. O, bir də heç vaxt ailə qurmayıb, ömrünün sonuna qədər tək yaşayıb. Şəfiqə xanım məşhur "Lay-lay” mahnısını oğluna bəstələyib. Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulub.
***
O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir. "Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən tənhalığı seçdim və özümü sənətə həsr etdim!”
***
Deyilənə görə İranda, şah dövrü zamanı "Azad Azərbaycan qadını” adlı rüsvayçı bir məqalə dərc edilib. Üstəlik, həmin qəzetdə Şəfiqə xanımın da intim fotoları yer alıb. Sovet dövründə bu məsələyə görə bəstəkarın başı çox ağrıyıb, hətta onu Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq ondan izahat da alıblar. Bu barədə ona verilən suala isə Şəfiqə xanım belə cavab verib: Yox, yox, yalan söhbətdir, nə danışırsınız.
"Qayınana” filmində səslənən "Mehriban olaq” mahnısını Şəfiqə xanımın yazmasının qəribə taleyi olub. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşırlar. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir. Və o, "Mehriban olaq” mahnısını yazmağı qərara alır.
***
Oğlu Taleh Hacıyev çox böyük istedada malik olsa da, anası qədər tanınmırdı. İndi də çox az insan Talehin yaradıcılığı ilə tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma” adlı mahnısı çox böyük məşhurluq qazanıb. Lakin insanlar Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyıblar.
***
Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.
Taleh uzun illər bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir. Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.
***
Ağır ürək xəstəliyi keçirən Şəfiqə xanım son günlərini xəstəxanada keçirir. Onun yanına gələn əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: "Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm...” Bu sözlərdən bir neçə gün sonra gözəl bəstəkar 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə dünyasını dəyişir.
İntim fotoları yayıldı, ruhi xəstə oğlunun ölümünü ondan gizlətdilər, “qoymayın ölüm” deyib imdad dilədi...
21
yanvar
16:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd edilir - VİDEO
Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Xəstəxanaya öz ayağı ilə getdi, komaya düşdü, müəmmalı şəkildə dünyasını dəyişdi...
Dünyasını dəyişən Nailə Mirməmmədlinin faciəvi həyatı
Ərini içirdib,qadını zorladılar - Azərbaycanda ŞOK HADİSƏ
Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - VİDEO
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
"Bacısı oğlu Gülünü bıçaqlayıb"- Rəmişə görə
Taksi sürücüsü işləyən meyxanaçı sərnişinlə dalaşdı - Məsələyə polis qarışdı
Məşhur bəstəkar dünyasını dəyişdi - Yunanıstan 3 günlük matəm edir
Səhnədə qardaşının qara xəbərini aldı, atasının ölümünü oğlundan gizlətdi, tərk etdiyi ərini ömür boyu sevdi...
Vəzirovun tabutu başında ağlayan qadın kim idi? - Video
Aktrisa efirdə Şəfiqə Nağıyeva ilə dalaşdı - VİDEO
Rəşad İlyasov: “Qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi”
Şəfiqə Nağıyevanın sözləri efirdə dava saldı - VİDEO
Bu şəxslərə Prezidentin fərdi təqaüdləri veriləcək - SƏRƏNCAM
Məşhur müğənni vəfat edib
“Niyaməddin Musayevi Gəncədə bıçaqlamışdılar“ - Aygün Kazımova + Video
Zeynəb Xanlarova 85 yaşında
Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı VƏFAT ETDİ
Övladlığa uşaq götürən məşhurlarımız
"Rəmiş 3 gün əvvəl pıçıltı ilə dedi ki..." - Həyat yoldaşı
Sənət adamları Nailə Mirməmmədlini son mənzilinə yola salır
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Mədəniyyət nazirindən yeni TƏYİNAT
Röyadan kədərləndirən paylaşım - VİDEO
“Məni öldürməyə gücünüz çatmaz!“ - Röya
“Hamı zəng edib soruşur ki, Nailə xanım koronovirusdan ölüb?“
- "Ukrayna Donbası azad edə bilməyəcək" - keçmiş NATO generalı
- Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri MƏLUM OLDU
- "Rus oliqarxları Ukraynaya dəstək olmalıdırlar" - Kanada
- Bu ölkədə fahişəlik rəsmi peşəyə çevrildi
- Pensiya alan bu şəxslərin NƏZƏRİNƏ
- Sanksiyalar Rusiyanın neft-qaz gəlirlərini azaltmayıb
- İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb
- Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı: “Deyirlər ki, guya...”
- Axtarışda olan 64 nəfər saxlanıldı
- Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
- Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
- Oğuzda 82 yaşlı qadın yanaraq öldü
- "3 aylıq müharibədə Rusiya Sovet İttifaqı qədər çox əsgər itirdi"
- Əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Türkiyədə ağır qəza - ölən və yaralananlar var
- Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı
- Polşa Prezidenti Ukraynaya səfər edib
- Bəhram Bağırzadə qalmaqallı videosuna görə kimsəsiz şəxsdən üzr istədi – VİDEO
- Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
- Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
- Rusiya Donetskə hücum etdi: Ölənlər var
- Rusiyanın ABŞ-ı dəhşətə gətirən HƏRBİ ÖLÜM BAZASI: Bu kabus şəhər Amerikadan cəmi 200 kilometr aralıdadır
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar