Qazax rayonunun Aslanbəyli kəndində, 2020-ci ilin iyunun 28-də baş verən qətl hadisəsinin məhkəmə istintaqının təfərrüatı bəlli olub.
Oxu.az məhkəmə sənədinə əsasən cinayətin törədilməsinə rəvac verən motivləri təqdim edir.
Aslanbəylidə bir ev var, bu ev, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun atasından miras qalıb. Baxımsızdır, amma nəticədə ata yadigarıdır və bu evin Fərrux üçün böyük mənəvi dəyəri var.
Mənəvi dəyərin şüurdakı ölçüsü və sərhədləri sonsuzdur, elə Fərrux da öz aləmində bu sonsuzluğun qəlbində əbədiyyət qazanması üçün həmin evə "toz qondurmur”.
Yəni, ata yadigarı olan ev baxımsız, boş olsa da, Fərrux üçün maddiyatdan çox böyük mənəvi sərvətdir.
Lakin günlərin bir günü həmin evdən əxlaqsız məqsədlər üçün istifadə edildiyini öyrənir.
Fərruxa məlumat gəlir ki, həmin evdən tapılan cinsi əlaqə zamanı istifadə olunan qoruyucu vasitə və içində sidik olan butulka tapılıb.
Fərrux bunu həzm edə bilmir, dərhal hərəkətə keçərək həmin evdən kimlərin başqa məqsədlərlə istifadə etdiyini araşdırmağa başlayır.
O, kəndə gələrək atasından miras qalmış evə baxan qohumu (anasının əmisi oğlu) Telman Əhmədovu sorğu-suala tutur.
Telman Əhmədovun suallara cavabı Fərruxu əsla sakit buraxmır, əksinə, alovlu düşüncələrinin üzərinə "benzin tökərək” şübhələrini Telman üzərində cəmləmək üçün əsaslar yaradır.
"Fərrux Telmanla söhbət edərkən onun danışığından və hərəkətlərindən şübhələnir. Məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnir”, - deyə istintaq materiallarında bildirilir.
İşin axırına çıxmağa çalışan Fərrux Telmanın yaxasından əl çəkmir, suallarına aydın cavablar tələb edir.
Bakıda yaşayan Fərrux bir neçə dəfə kəndə gəlib-gedir, ancaq Telman haqqındakı şübhələr onu rahat buraxmır.
Buna görə də, 2020-ci ilin iyunun 27-də Telmanın onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq onu öldürmək qərarına gəlir.
Fərrux anasına və qardaşına heç bir söz demədən Qazaxa yollanır, Aslanbəyliyə çatdıqdan sonra Telmanın dükanına gedir.
Fərrux Telmanla mübahisə edir, ona "Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyir. Bu mübahisə Telmanın söyüş söyməsi ilə nəticələnir, dükanın qarşısında duran şəxslər Fərruxu oradan uzaqlaşdırır və imkan vermirlər ki, o, qohumuna yaxınlaşsın.
Bu barədə Fərruxun dayısına məlumat verilir, o gələrək Fərruxu geriyə yola salır. Ancaq emosiyalar daha da qızışır, elə bir həddə çatır ki, Fərrux Bakıya qayıdarkən yolda düşüb geri – Aslanbəyliyə qayıdır.
"Fərrux sprinterdən düşdükdən sonra Qazax istiqamətində yolla keçən digər avtobusa minib Telmanı öldürmək üçün Qazax şəhərinə gedir və mərkəzi bazarın yanında düşür. Heç kim onu narahat etməsin deyə mobil telefonunu söndürür. Mətbəx əşyaları satılan dükana yaxınlaşaraq rəngli açılıb-qatlanan bıçaq alır, onu cibinə qoyub Aslanbəyliyə yol alır”, - deyə istintaq materiallarında belə bildirilir.
Mindiyi taksini Telmanın dükanının qabağına sürdürən Fərrux avtomobildən düşən kimi bıçağını çıxarıb Telmanın üzərinə yeriyir. O, Telmana bir neçə dəfə bıçaq zərbəsi endirir və qohumunu qəsdən həyatdan məhrum edir.
Fərrux məhkəmənin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
“Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyib qohumunu öldürdü - Bir qətlin TƏFƏRRÜATI
23
yanvar
10:24

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qohumunu öldürən şəxsə hökm oxunub
Yüzlərlə şəxsin xilasına səbəb olan azərbaycanlı ilə bağlı səfirlikdən açıqlama
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Belarusda ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun büstü açıldı
Qudasını vuran şəhid atası saxlanıldı
Bakıda mənzildən meyit tapıldı
Azərbaycanın keçmiş naziri vəfat etdi
Məhkəmə qarşısında arvadının başını kəsən şəxs müəllim imiş... - Dəhşətli qətlin TƏFƏRRÜATI
Ağstafada 18 yaşlı gənci yeniyetmə bıçaqladı
ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırdı - FOTO/VİDEO
Nəvəsini xilas etmək istədi, özü də yandı: Masallıdakı dəhşətin TƏFƏRRÜATI - VİDEO
Şirkət TƏBİB-i məhkəməyə verdi
Bakı Beynəlxalq Avtovağzalının mülkiyyətçisi məhkəməyə verildi
Kliniki Tibbi Mərkəzdə yeni təyinat
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Neftçilər Xəstəxanasının qəbul etdiyi koronavirus xəstələrinin sayı AÇIQLANDI
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Azərbaycanda bu da oldu: şirkət özünü məhkəməyə verdi
TƏBİB-dən bütün şagirdlərin vaksinasiyası ilə bağlı - XƏBƏRDARLIQ - VİDEO
“Gilan Holdinq”ə bağlı daha 2 şirkət məhkəməyə verildi
Zaqatalada OLAY: - sabiq məmur intihar edib
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
"Üç illik təhsilə görə Dürdanə Əliyevaya 8 250 manat verdim" - Şahid
İcra başçısının həbs müddəti artırılır
“İş yerləri bağlandı, insanların vəziyyəti pisləşdi...“ - Qətllərin artmasının daha bir səbəbi AÇIQLANDI
Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Koronavirusa yoluxan şəxs neçə gün sonra digərləri üçün təhlükəli deyil? - Açıqlama
Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır
Qadın BP-də işləyən ərini qısqanclığa görə öldürübmüş - RƏSMİ
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar