İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
4-09-2020, 11:02
213

İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinə Lahıc qəsəbəsində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1350 manat olan müxtəlif məişət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Lahıc qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Abdullayev saxlanılıb. Araşdırma zamanı M.Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun Lahıcda yerləşən, sahiblərinin evdə olmadığı daha 2 evə qanunsuz daxil olaraq, həmin yerlərdən ümumi dəyəri 1500 manat olan müxtəlif məişət əşyaları və tikintidə istifadə olunan alətləri oğurladığı məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib, həmin əşyaları dəyərindən ucuz qiymətə Şamaxı, Kürdəmir rayonlarında və Lahıc qəsəbəsində sataraq, əldə etdiyi pulu xərclədiyini bildirib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və M.Abdullayevin digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Oxşar xəbərlər

DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Televizor oğruları tutuldu - FOTO
Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Xaçmazda 7 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Bakıda qadın kafedən iki min manatlıq oğurluq etdi
Bakıda keçmiş məhkumlar kafeləri soydular
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - Foto
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıda 10 000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Uşaq bağçasından oğurluq edən şəxs saxlanıldı
Bakıda avtomobildən oğurluq edildi
İki baş inəyə görə iki nəfər saxlanıldı
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı
Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanıldı
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb