Lənkəranda 17 yaşlı oğlan qəfil ölüb.
Report xəbər verir ki, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.
Kənd sakini 2005-ci il təvəllüdlü, Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları vəfat edib.
Yaxınlarının deməsinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışsa da, Elvar qəfil dünyasını dəyişib.
O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhətində hər hansı bir problemin olmadığı bildirilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib.
Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.