Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
4-09-2020, 14:12
229

Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO

İyul ayının 20-də Gədəbəy rayon sakini olan bir xanım Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək  günorta saatlarında tanımadığı 2 nəfər şəxsin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və 1 ədəd mobil telefonunu alaraq qaçdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb. Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ. Zülfüqarov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini az yaşlı övladı ilə parkda gəzən zaman görüb, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər. Həmin fərdi yaşayış evinə qanunsuz  daxil olaraq 1000 manat nağd pul və bir ədəd mobil telefonu ələ keçiriblər. 

Saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ. Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsi törətməsi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxşar xəbərlər

Saatlıda oğurluq edənlər tutuldu - FOTO
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Televizor oğruları tutuldu - FOTO
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Balakəndə narkotacir tutuldu - FOTO
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda silahlı quldur dəstə yaxalandı
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Uşaq bağçasından oğurluq edən şəxs saxlanıldı
Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Balakəndə civə alverçiləri saxlanılıb
Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu
Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb
Bakıda avtomobildən oğurluq edildi
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - Foto
Avtomobillərdən akkumulyator oğurlayan Bakı sakini ələ keçdi