Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı
10-10-2019, 12:00
10 254

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı

Bakıda xeyli vətəndaşı xarici ölkəyə ziyarətə aparmaq adı ilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.
Gundelik-Baki.com qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayılov Xəyal Nazim oğlu özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları Kərbəlaya aparacağını söz verib və hər bir şəxsdən 300-600 manat arası pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar onu tapa bilməyiblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin şəxs bu yolla 100-ə yaxın adama pul "atıb".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Orxan Mansurzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Xəyal İsmayılov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə gətirilib: "Bu şəxs əvvəllər də bir qrup şəxs tərəfindən törədilən soyğunçuluğa görə məhkum olunub. Vətəndaşları müqəddəs ziyarətgahlar olan - Məkkə, Kərbəla, Məşhəd və digər müqəddəs yerlərə ziyarət turları təşkil etmək adı ilə onların əmlakını mənimsəyib.
Hazırda bununla bağlı polisə 5 vətəndaş ərizə ilə müraciət edib. Onlar da ərizələrində bu faktı qeyd ediblər. Həmin şəxslə bağlı 29-cu Polis Bölməsi tərəfindən təhqiqat davam etdirilir. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Buna görə də vətəndaşlardan xahiş olunur ki, bu şəxsin dələduzluq əməllərindən zərər çəkən varsa, aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etsinlər. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanına təqdim ediləcək".

Oxşar xəbərlər

Bakıda avtomobildən oğurluq edildi
Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
Şirvan Milli Parkında ceyran ovlayanlar saxlanılıb
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Bakıda avtobusda qadını qarət edən keçmiş məhkum ələ keçdi
Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - Foto
Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi
Salyan DYP-yə yeni rəis təyin edilib - ƏMR
Maştağada silahlı şəxs tutuldu – Foto
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Vilayət Eyvazov onu rəis müavini təyin etdi
Xaçmazda 7 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Axtarışda olan şəxslər saxlanılıblar
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakıda "general" həbs edildi
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO