Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - Yenilənib
5-09-2020, 13:14
343

Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - Yenilənib

Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.
***
Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.
Bu barədə “Report”a onun dayısı Tural Cavadlı bildirib.
O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə 3 gün əvvəl təxminən saat saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə baş verib:
“Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırmış. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Onun ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı. Onlar guya 3 gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq. Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:
"Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Nazirlikdə dərhal məlumat aidiyyəti qurumlara ötürlüb və axtarışlara başlanılıb. Axtarışalara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə verilməyib. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Həmin uşağın əvvəl dediyi gölməçə ilə Samur-Abşeron kanalı arasında təxminən 3 km. məsafə var.
Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərində axtarılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”.

Oxşar xəbərlər

Novxanıda dənizdə gənc oğlan batdı
İtkin düşən 3 qız Bakıya gələn “KamAZ”da tapıldı - TƏFƏRRÜAT
Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı
Bakıda mənzildə qadın meyiti tapıldı
Dənizkənarı Milli Parkda suya düşən şəxsin meyiti tapılıb
Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb
Dənizdə batan bank müdiri tanınmış prokurorun qardaşı oğludur - Yeni təfərrüatlar
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Meşəbəyinin meyiti dərədə tapılıb
Abşeron sakini Bakıda dostu ilə görüşdükdən sonra yoxa çıxdı
Polis 3 ay əvvəl itkin düşmüş kişini tapdı
54 yaşlı kişi mənzildə ölü tapıldı
Şirvanda üzərinə şkaf düşən uşaq ölüb
Goranboyda maşın ağaca çırpıldı - Ölən var
Olmayan sərvəti ilə öyünən repçi işgəncə ilə öldürüldü - FOTO
Bakıda maşından meyit tapıldı
Abşeronda ağır qəza - İki azyaşlıdan biri öldü
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Sumqayıtda faciə - 8 yaşlı qız 4-cü mərtəbədən yıxılaraq ölüb
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO
Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
Sumqayıtda fiziki məhdudiyyətli şəxs özünü doqquzuncu mərtəbədən atdı
Azərbaycanda polis intihar etdi - YENİLƏNİB + FOTO
Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi
Bakıda qətl törədilib
Nazirlik binasında baş verən yanğın söndürüldü (Yenilənib)
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub