Bakıda bağ evlərindən oğurluq edən şəxs tutulub.

Hadisə paytaxtın Görədil bağları massivində qeydə alınıb.

Belə ki, paytaxt sakini Anar Mahmudov Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək bağ evindən oğurluq edildiyini bildirib.

Aparılan araşdırılma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Ağayev saxlanılıb.

Onun daha 19 oğurluq faktının üstü açılıb.

Araşdırma davam etdirilir.