Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı
8-09-2020, 16:33
316

Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı

Sentyabrın 8-i saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.
Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilib, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər

Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Bakıda qətl törədilib
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Bakı-Rostov yolunda boru partladı - Fəhlə öldü
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Qonşusunu öldürən şəxs saxlanıldı
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Bələdiyyə sədrinə cinayət işi açıldı
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakıda məktəblinin intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlandı
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
Adam öldürmək üçün avtomat aldı
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi