Qusarın Hil kənd sakini Maya Zəkiyeva bu il mart ayının 16-da ölü uşaq dünyaya gətirib. 35 yaşlı ana uşağının ölü doğulmasında Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Yelena Tağıyevanı ittiham edir.
Onun sözlərinə görə, hamiləliyinin 7-ci ayında xəstəxanaya gedib. Yelena Tağıyevanın məsləhətilə ona İmmunorna-300 iynəsi vurulub:
"Həmin iynədən sonra özümü pis hiss etdim. Sonradan öyrəndik ki, iynəni mənə səhv vurublar. Raqam əvəzinə bu iynəni vurublar. Hamiləliyimin 9-cu ayına qədər xəstəxanaya bir neçə dəfə gəlmişəm. Mənə deyirdi ki, yaxşı olacaq."
Maya Zəkiyeva deyir ki, doğuş üçün xəstəxanaya gələndə həkimin məsləhətilə ona ultra-səs müayinəsindən keçmək məsləhət görülüb, əvvəl ultra-səs müayinə üçün qadın həkimin yanına, sonra isə bu müayinə üçün kişi həkimin yanına gedib. Son müayinədə uşağın qüsurlu olduğü məlum olub. Şikayətçi deyir ki, bundan sonra Yelena həkimin məsləhəti ilə aptekdən iynə alıb vurdurub və uşağı ölü doğulub:
"Mənə dedi, 600 manat ver, sənə sağlam uşaq verim. Mənim uşağım da tələf oldu, bizi nahaqdan polisə də verib".
Maya Zəkiyeva iddia edir ki, uşağının ölü doğulmasında Yelena həkim günahkardır.
Hamiləliyinin 7-ci ayında ona vurulan iynədən sonra halı pisləşib. Həmin iynəni dövlət onlara verməlidir, onlar isə 175 manata bu iynənin əvəzedicisini alıblar.
Qadın artıq ona edilən həkim səhvi ilə bağlı Qusar rayon prokurorluğuna müraciət edib. O, hüquq-müdafiə orqanlarından məsələni düzgün və obyektiv araşdırmasını xahiş edir.
Övladını doğuş zamanı itirən Qusar rayon sakininin şikayətini TƏBİB-in Qusar rayon Mərkəzi Xəstəxanası Rublik Hüquqi Şəxsin baş direktor əvəzi Kamran Paşayevə çatdırdıq.
Milli.Az bildirir ki, Paşayev isə Bizim.Media-ya açıqlamasında şikayətin doğru olmadığını, xəstəxanada ultra-səs müayinəsi həkimindən ginekoloqa qədər həmin ananın övladının sağlam doğulması üçün lazım olan hər şeyi etdiklərini deyib.
Zəkiyevlər ailəsinin şikayətçi olduğu Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin həkim-ginekoqu Yelena Tağıyeva barəsində deyilənlərin şər-böhtan olduğunu bildirib:
"Maya Zəkiyevanın hamiləlik dövründə və doğuş zamanı bütün lazımi yardımlar edilib. Qadının səhhətində problem gördüyüm üçün həmin iynəni - "İmmunorno"nu məsləhət gördüm. Raqam iynəsidir. Xəstəxanada olmadığı üçün məsləhət gördüm ki, özləri alsınlar. Həmin iynə soyuducuda buz içində saxlanılır, özəl firmadan gətirdilər, vuruldu. Pulunu da ailə ödədi, iynə səhv vurulmayıb".
Yelena həkimin sözlərinə görə, doğuş öncəsi qadın bir daha ultra-səs müayinəsinə göndərilib:
"Həmin aparatın biri köhnə olduğundan, 2- ci aparatda uşağın qüsurlu olduğu məlum oldu. Uşaq həqiqətən ölü doğuldu".
Yelena Tağıyeva uşağın ölü doğulmasında özünü günahkar saymadığını deyir:
"Ailə mənə qarşı şər-böhtan kampaniyası aparır. Maya Zəkiyevanın yaxın qohumu mənə hücum edib, barmağımı sındırıb, 15 gün barmağım gipsdə qalıb. Bu iş polis şöbəsində araşdırılır, cinayət işi açılıb. Ailə də məni prokurorluğa verib. Mən həkim kimi bacardığımı etmişəm. Zəkiyevlərin uşağı uşaq patologiyası səbəbindən ölü doğulub"./milli
Hazırda hər iki şikayət hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Saxta preparatdan ölüm
26
aprel
13:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni doğulan uşaq 1 gün sonra öldü
“Deyir ki, get hara istəyirsən şikayət et” - Vətəndaş baş həkimin əlindən fəryad edir...
“Respublikanski”də ölü uşaq soyğunçuluğu: - Atadan 200 manat aldılar
11 yaşlı uşağa dozadan 3 dəfə artıq iynə vuruldu, indi ayılmır – Atası
Bərdə xəstəxanasında biabırçı olay - Üzrü səhvindən betər... (SƏS YAZISI)
Ömür Klinikasında daha bir şikayətçi özünü yandırmağa cəhd edib - VİDEOFAKT
Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb"
Həbs edilən baş həkimin yerinə təyinat olub?
“Xəstəxanada dedilər 17 manat girişə ödəməlisiz, 10 manat müayinəyə”
Mərkəzi xəstəxanada daha bir ana ÖLÜMÜ
Vaksindən niyə qorxurlar?
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
"Sənə elə iynə vuraram, 2 günə sağ qalmazsan" - Azərbaycanda həkim xəstəni ŞANTAJ ETDİ?
"Xəstəxanaya gətirilməzdən əvvəl nəvəmlə oynayıb deyib-gülürdü" - GİLEY
Koronavirus ilk dəfə Çində yox, bu ölkədə yayılıb
Xəstəxanaya müayinəyə gələn şəxs öldü - Azərbaycanda
Altı yaşlı qızının başqa kişidən olduğunu düşünən ata onu yandırdı - Video
Bərdədə vətəndaş necə şikəst edilib? (ŞİKAYƏT)
Hamilə qadın xəstəxanada öldü, yaxınları həkimi döydü - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
Xəstəxanada şəhid atasına qarşı zorakılıq edilib? - GƏDƏBƏYDƏN VİDEO
Biləsuvar xəstəxanası ƏSL QƏSSABXANA İMİŞ... - Xəstənin başına oyun açıblar...
“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu
"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY
Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı? -TƏBİB-in rəhbəri Ramin Bayramlının diqqətinə!
TƏBİB-dən daha bir qalmaqallı təyinat – Korrupsiya və saxtakarlıqda ittiham olunan şəxs baş həkim təyin edildi
Uşağın oğlan olmasını istəyən hamilə qadın mollaya getdi: Dəhşətli hadisə ilə üzləşdi - FOTOlar
Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İTTİHAM
Əri müharibədə döyüşən azərbaycanlı aparıcı: "Məni burada göz yaşlarında görürlər" - VİDEO
Quba Xəstəxanasında əlillik dərəcəsi üçün rüşvət şəbəkəsi... - İTTİHAM
Xəstəxanada rüsvayçılıq - Həkim huşsuz qadınlara təcavüz etdi - FOTO
- Lənkəranda evdən oğurluq edən şəxs həbs olundu
- Messi yenə birincidir - Siyahı
- Daha 200 hektaradək ərazi minalardan təmizlənib
- Xəlil Göyüşova su kimi gələn milyonlar hansı kanallarla, kimlərin arasında bölüşdürülür - İLGİNC FAKTLAR
- Abituriyentlərin nəzərinə - İmtahan saatları dəyişdi
- Məşhur müğənni kosmetika firması yaratdı
- Təbiətə 158 min manatdan çox ziyan vuruldu - Cinayət işi başlandı
- Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir… - Latın əlifbası ilə yaza-oxuya bilməyən məmurlar, icra başçıları, xalq artistləri…
- Benzema "Real"la vidalaşdı
- Vatikanın qorxduğu şeytanabənzər qadın - Bricit Bordo
- Tehranda anbar yandı - Yaralılar var
- İcra başçısının qudası Türk şərikinə qoşulub qaçdı... - Yaşa bax, başa bax, məhəbbətin gücünə bax...
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar