Sentyabrın 11-də Tacikistan parlamentinin yuxarı palatası – Milli Məclisinin sədri Rustami Emomali Baş Prokuror Yusuf Rahmon, Ali Məhkəmənin sədri Şermahmad Şohiyon və digər hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə işgüzar iclasda cinsi zorakılığa məruz qoyan üç yaşlı qızın yaxınlarının müraciətinə baxıb.
Baş Prokuror Yusuf Rəhmon bu işdə şübhəli bilinən şəxslərin artıq tutulduğunu söyləyib.
Rustami Emomali Baş Prokurorluğa uşaqlara qarşı seksual cinayətləri hərtərəfli araşdırmağı və bunu qarşısını almaq üçün sərt tədbirlər görməyi tapşırıb.
Keçən həftə tacik fəalı Zulya Raxmatova Tacikistan prezidenti Emoməli Rəhmon və Rustami Emomalini üç yaşlı qıza edilən təcavüzlə bağlı cinayət işinin nəzarətə götürülməsinə çağırıb.
Zulya Raxmatova zərəçəkən qızın yaxınlarının video mesajını yayımlayıb.
Babası nəvəsinin əmisi tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edir, lakin hüquq-mühafizə orqanları şübhəlini hələ də həbs etməyib. 3 yaşlı uşağı məcbur edirlər ki, yalan ifadə versin.
Rustami Emomali qanunları təkmilləşdirməyi və qanunvericilikdə bu kimi cinayətlərə görə cəzanı sərtləşdirməyi məsləhət görüb.
O, qeyd edib ki, yetkinlik yaşına çatmayanlara və azyaşlı uşaqlara qarşı bu cür biabırçı və dəhşətli hərəkətlər xalqın və cəmiyyətin yaxşı nüfuzuna xələl gətirir, gənc nəslin sağlamlığına mənfi təsir göstərir.