“Gündəlik-Bakı” olaraq “Xaliq Faiqoğlu” şirkəti ilə bağlı xeyli müddətdir ki, yazırıq.
Qısa məlumat üçün qeyd edək ki, 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayan şirkət , sonra 2004-cü ildə “Xaliq Faiqoğlu” MMC təsis etmiş və 50 ədəd xırdatutumlu Mercedes Benz markalı mikroavtobusları 18 və 65 saylı marşrut xəttləri üzrə istismara vermişdir.
2006-2007-ci illərdə iritutumlu 25 ədəd İveco Eurociti markalı avtobuslar 65 saylı marşrutda istismara buraxılmış əlavə 79 saylı marşrut xətti istifadəyə verilmişdi;
Sonrakı illərdə Türkiyə, Koreya istehsalı olan avtobusar istismara buraxılmışdır.
Yəni şirkətin qısa tarixçəsi haqqında bu qədər.
Şirkətin sahibi Faiq Seyidovun adı onun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakıda qəza törədərək piyadanı vurub öldürməsi ilə gündəmə gəlib.
Sonra Faiq Seyidovun oğlu hansı yollasa, bu cinayət əməlindən canını qurtara bilmişdi.
Hələ 2014-cü ildə Faiq Seyidovun adı Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevlə birgə hallandı, hətta şərik olduqları mediada qeyd olundu.
Sonrakı illərdə Xaliq Faiqoğlunun adı keçmiş şəriki Azadxan Xanməmmədovun həbs olunması məsələsində hallandırıldı.
Daha sonra Xaliq Faiqoğlunun adı şəhid ailələrinin adına olan marşrut xətlərinin özününküləşdirməsində də çox hallanıb.
Biz Ramiz Mehdiyevin adını əbəs yerə çəkmədik.
Bəli, Gündəlik-Bakı dəfələrlə yazıb ki, Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz bütün günü “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
Xaliq Faiqoğlunun adı daha nələrdə hallanmayıb..?
Gözü yaşlı ana fəryad edir ki, oğlum Xaliq Faiqoğlunun qarajında faciəli şəkildə ölüb:
“Hələ 18 yaşı tamam olmayan oğlum şirkətin qarajında elə ilk iş günü faciəli şəkildə ölüb. Şirkət isə deyir, oğlunu işə rəsmi qaydada götürməmişdik, ona görə də başına gələnlərin bizimlə əlaqəsi yoxdur”.
Zavallı ana deyir ki, mən onun işləməsinə razı deyildim, deyirdim, bu gün-sabah 18 yaşın tamam olacaq, əsgərliyə gedəcəksən, qayıdandan sonra işləyərsən:
“Mənə qulaq asmadı. Avqustun 11-də işdən gəldim, oğlum dedi ki, Təbriz üzbəüz qarajda özünə iş tapıb, bu gündən işə çıxıb. Həmin gün axşam saat 8-də getmişdi, işi də gecələr qaraja toplaşan avtobusları yuyub təmizləməkdən, dezinfeksiya etməkdən ibarət olub. Elə ilk iş günündə - bir neçə saatdan sonra Təbriz faciəli şəkildə dünyasını dəyişib”.
Təsəvvür edirsiniz, Xaliq Faiqoğlu hətta ölən cavan oğlana görə, onun ailəsinə quru başsağlığı da verməyib.
Zavallı ana hadisə yerindəki kameraların açılmasını tələb edir, amma cənab Faiqoğlu buna imkan vermir…
Bunlar hələ harasıdır..?
Xaliq Faiqoğlu şirkətindəki sürücüləri 44 günlük Qarabağ savaşında döyüş bölgəsinə xidmət üçün göndərib.
Həmin sürücülər bu günədək öz ezamiyyət xərclərini Xaliq Faiqoğludan ala bilmirlər.
Sözün qısası, Faiqoğlu şirkəti ilə bağlı problemlər yazmaqla bitən deyil.
Bu gün Gündəlik-Bakıya daxil olan məlumata görə, Xaliq Faiqoğlunun şirkətinə daxil olan avtobusların sərnişinləri ciddi etiraz ediblər ki, niyə avtobuslarda kondisioner işləmir.
Hətta sərnişinlər sürücülərə qarşı kəskin etirazlar ediblər.
Sürücülər isə deyir ki, bu barədə şirkətin sahibi Xaliq Faiqoğluna xəbər verəndə deyib ki, boş verin, mən kondisionerə pul xərcləyə bilmərəm.
Sözün qısası, Xaliq Faiqoğlu üçün qanun-filan yoxdur. Onun bir qanunu var, o da Ramiz Mehdiyevdir. Vəssəlam.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Hal-hazırda hava soyuq olsa da bir neçə gün öncə hava çox isti idi.
18 yaşlı gəncin "Xaliq Faiqoğlu" şirkətinin qarajında müəmmalı ölümü... - "Xaliq Faiqoğlu" şirkətinin problemləri bitib tükənmir.
04
may
09:09

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
Xaliq Faiqoğlu, 10 min dollara palto geyə bilirsən, amma sürücülərin maaşını vermirsən... - ŞOK FAKTLAR
"Nar mobile" "Xaliq Faiqoğlu"nu məhkəməyə verdi
“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
Dövlət Xidməti sərnişindaşıma şirkətini məhkəməyə verdi
“Xaliq Faiqoğlu” sürücülərin maaşını kəsib - NARAZILIQ!
"Xaliq Faiqoğlu" işçilərini qanunsuz işlədir
"Xaliq Faiqoğlu” ancaq NARAZILIQ YARADIR... - Basabas, köhnə avtobuslar, qanunsuz fəaliyyət...
“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir
Faiq Xaliqoğlunun əli çox qanlara batıb- “Xaliq Faiqoğlu” şirkətinin sahibi nə üçün məsuliyyətə cəlb olunmur ?
Sərnişindaşıma şirkətinə protokol yazılıb
“Grand Motors” MMC “Xaliq Faiqoğu”nu məhkəməyə verdi... - “Xaliq Faiqoğlu” MMC dən ŞİKAYƏTLƏR
Buna nə deyirsən, Xaliq Faiqoğlu ? - Bakı Nəqliyyat Agentliyi Faiq Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ etdi …
Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”
"Xaliq Faiqoğlu"nda işçi haqqı yeyilir... - "Maaşımızı vermirlər..."
Bakıda elektrikli avtobuslar istismara veriləcək
Yaqub Eyyubovun Pirverdiyevlə şərikliyi
Yeni gətiriləcək avtobuslar bu istiqamətlərə salınacaq
İsmayıllıda içində 13 nəfər olan avtobus aşıb
Sürücülərə müjdə: Azərbaycanda Aİ-93, 95, 98 markalı benzin istehsal ediləcək
Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
Azərbaycan Türkiyədən 320 avtobus alacaq
BNA-dan avtobus sürücüsünün hücuma məruz qalması ilə bağlı AÇIQLAMA - VİDEO (YENİLƏNİB)
204 saylı marşrutun sahibi Sənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? -Marşrut sahibi Laçının sabiq başçısı Akif Səlimovun oğludur
"Lifan" Rusiyada satışlarını tamamilə dayandırdı
“Günay Sığorta”da yeni TƏYİNAT
Kliniki Tibbi Mərkəzdə yeni təyinat
Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var
Bakıda marşrut avtobusu dəhşətli qəza törətdi - VİDEO
Türkiyədən Bakıya daha 320 ədəd avtobus gətiriləcək
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar