Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4 000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə marixuanaya bənzər maddələr aşkar olunaraq götürülüb.
Eyni zamanda, may ayının 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­­­dılıb, sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə İran istiqamətinə qaçıblar.
Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45 kq 580 qr heroin, 27 kq 940 qr marixuana, 3 kq 665 qr metamfetamin, 2 kq 410 qr tiryək) bənzər maddələr vəpsixotrop tərkibli 4000 ədəd metadon-40 həbləriaşkar olunaraq götürülüb.
May ayının 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilib, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərmiş və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub, qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.
Ərazidə aparılan axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılan 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram narkotik vasitə marixuanaya bənzər maddələr, 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkar olunaraq götürülüb.
Həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb, hazırda şəxsiyyəti müəyyənləşdirilir.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
  • Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb