Azərbaycan türkiyəlini Niderlanda ekstradasiya etməkdən imtina etdi
15-10-2019, 16:00
10 305

Azərbaycan türkiyəlini Niderlanda ekstradasiya etməkdən imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində türkiyəli Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Unikal.org-un xəbərinə görə, məhkəmə prosesində çıxış edən Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.
Gökhan Öztürk isə Türkiyə vətəndaşı olduğunu, Niderlanda göndərilməsini istəmədiyini deyib.
O bildirib ki, 2014-cü ildə onu Niderlanddan deportasiya ediblər. "1996-cı ildə evliliklə əlaqədar ora getmişəm. Həyat yoldaşım oranın vətəndaşı idi. Üç övladımız oldu. Mən orada müddətsiz oturum izni ilə yaşamışam. 2014-cü ildə məni deportasiya elədilər. Sonradan viza üçün müraciət etdim, rədd cavabı verdilər. Xanımım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandı. Biləndə ki, artıq ora qayıda bilməyəcəm, Türkiyədə özümə yeni bir həyat qurdum, nişanlanmışam, toyum olacaq. Bakıya üç günlük gəlmişdim, bir aydan çoxdur burada qalmışam. Xahiş edirəm, məni təhvil verməyin".
Məhkəmənin sorğularına əsasən, Niderlandın Azərbaycandakı səfirliyi G.Özütürkün Niderland vətəndaşı olduğu, Türkiyə səfirliyi isə onun Türkiyə vətəndaşı olduğu cavabını verib.
Türkiyə səfirliyinin nümayəndəsi də məhkəmədə bunu təsdiqləyib.
Prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib. Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.
Məhkəmə ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.
Gökhan Öztürkə bildirilib ki, qərar qüvvəyə minəndən sonra sərbəst şəkildə Türkiyəyə gedə bilər.

Oxşar xəbərlər

Azərbaycan türkiyəlini Niderlanda ekstradasiya etməkdən imtina etdi
“İnterpol”un axtarışa verdiyi azərbaycanlı Kanadada tutuldu
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı
Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu
Niderland Hollandiya adından imtina ETDİ
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
Sabirabadda  qızıl  alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?
Gürcüstan həbsxanalarında 106 Azərbaycan vətəndaşı saxlanılır - Aralarında qadın da var
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Axtarışda olan Türkiyə vətəndaşı İnterpol xətti ilə Azərbaycanda tutulub
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir
Bu gün 700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
İran vətəndaşları üçün viza rüsumunun məbləği AZALDILDI
Elvin İsayevin məhkəməsi başlayır
Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı SAXLANILDI
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası
Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
Erməni mafiya başçısı: Qarabağda qanunsuz fəaliyyət, “çekistlərlə” əməkdaşlıq - FAKTLAR
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat