İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ
17-09-2020, 17:01
555

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb. 
Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan  sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 
İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.
Onu da qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb. 
Azər İsrafilov

Oxşar xəbərlər

27 yaşlı müəllimin intiharı ilə bağlı cinayət işi başlanıldı
Bakıda 27 yaşlı müəllim özünü binadan atdı - Foto
Azərbaycanda polis intihar etdi - YENİLƏNİB + FOTO
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Xaçmazda gənc qadın intihar etdi
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
Zaqatalada OLAY: - sabiq məmur intihar edib
Qusarda sərxoş kişi özünü asdı
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Bakıda məktəblinin intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlandı
Bakıda vəkil intihar etdi
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Zərdabda 33 yaşlı kişi intihar etdi
Bakıda 71 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
Ağstafada gənc oğlan intihar edib
“AS İnşaat”da FƏHLƏ ÖLÜMÜ - 11-ci mərtəbədən yıxıldı...
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Qonşusunu öldürən şəxs saxlanıldı
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Bakıda qətl törədilib
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
İntihar etdiyi düşünülən biznesmeni 16 yaşlı qızı öldürüb - FOTO
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü