Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə  gecə saatlarında Havarlı kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Vaqif Çələbi oğlunu vuraraq öldürüb.
Faktla bağlı Yevax şəhər Prokurorluğunda araşdırma aparılır.