Nazirliyin sürücüsünə zor tətbiq edən şəxs həbs edildi
19-09-2020, 13:48
168

Nazirliyin sürücüsünə zor tətbiq edən şəxs həbs edildi

Bu il iyulun 12-də Masallı rayonu ərazisində xidməti vəzifələrini icra edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü Famil Seyfullayevə qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi dövründə rayon sakini Vaqif İsmayılovun karantin rejimi qaydalarına əməl etməyərək maskasız halda rayon ərazisində hərəkət etməsinə öz iradını bildirən Masallı rayonunda mövcud karantin rejminin tələblərinə nəzarət edilməsi məqsədilə xidmətdə olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü vəzifəsində işləyən Famil Seyfullayevə zor tətbiq etməklə müqavimət göstərib yumruqla sonuncunun üz nahiyəsinə bir neçə zərbə vurmasına əsaslı şübhələr müəyyən edilib.
Vaqif İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı
Bakıda mənzildə qadın meyiti tapıldı
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Bakıda mənzildən meyit tapılıb
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bakıda mikroavtobus yük avtomobilinə çırpıldı - Ölən və yaralılar var
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
54 yaşlı kişi mənzildə ölü tapıldı
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Balakənçayda köməksiz qalan şəxs xilas edildi
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Qəbələyə istirahətə gələnlər cərimələndi
Özünü dənizə atan şəxs xilas edildi
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Qonşusunu öldürən şəxs saxlanıldı
Bulvarda özünü dənizə atan şəxs xilas edilib
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Binəqədidə evləri su basıb, 6 nəfər köməksiz qalıb
Axtarışda olan şəxslər saxlanılıblar