Volqoqrad şəhərində 11 yaşlı məktəbli qız oxuduğu məktəbi yandırıb.
Rusiya mediası xəbər verir ki, o, öz əməlini sadəcə dəcəllik kimi izah edib.
Məktəbin həyətində gəzərkən qız kağızı yandıraraq, sinif otaqlarından birinin qapısı altına qoyub. Güclü yanğın yarana biləcəyini o özü də təsəvvür eləməyib.
Məktəbin sinif otaqlarından biri tamailə yararsız hala düşüb. Verilən məlumata görə məktəbli ilə psixoloqlar söhbət aparacaq, valideynləri isə dəymiş ziyanı ödəməli olacaqlar.