Zaqatala dağlarında daha bir turist itib.
Hadisə ötən gün baş verib.
Bir qrup yerli turist Zaqatalanın Şamilovka zirvəsinə qalxıblar. Turistlərdən biri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsən Salahov qrupdan ayrılaraq itkin düşüb. Dostları dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat veriblər.
Həmçinin yoldaşları onunla telefon əlaqəsi saxlayıblar. H.Salahov dostlarına arxasınca ayı düşdüyünü və bu səbəbdən yolu azaraq başqa istiqamətə getdiyini deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. 
Bildirib ki, Şamilovkaya qalxan bir qrup turist yoldaşlarından birinin yolu azaraq itkin düşməsi barədə DİN-in “102” xidmətinə müraciət edib. Bir müddət sonra isə həmin şəxslər itən turistin tapılması barədə polisə xəbər veriblər.