Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş P.Zeynalov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 
Bildirilib ki, saxlanılan şəxsdən 9 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.