Ötən gün Bakıda bir ailənin 6 üzvü zəhərlənib.
Haqqin.az xəbər verir ki, hadisə Xəzər rayonunun “Binə sovxozu” adlanan ərazisində qeydə alınıb.
Ehtimallara görə, ailə üzvləri plovdan zəhərlənib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən Yeniavaz.com-a bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib:
“Daha sonra ailə ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətləri qənaətbəxşdir”.