Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi
23-09-2020, 10:28
174

Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Gündəlik Bakının məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, M. Babayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sentyabrın 20-də Xəzər rayonu, Türkan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla üç dəfə atəş açaraq qətlə yetirib.
M. Babayev daha sonra könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.(APA)

Oxşar xəbərlər

Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Qonşusunu öldürən şəxs saxlanıldı
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Həbsdə olan sabiq rəis ev dustaqlığına çıxmaq üçün vəsatət verib
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
Mərhum Nofəl Süleymanlının oğlu haqda qərar verildi
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Gəlinini, nəvələrini və qardaşı arvadını bıçaqlayan Gəncə sakini saxlanıldı
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb