Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
APA xəbər verir ki, ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.