Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən İlqar Baxşalıyev tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, o, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Ələ keçirdiyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.