ABŞ-da 17 ildən sonra ilk dəfə qaradərili cinayətkar barəsində edam hökmü verilib.
Xəbəri “Associated Press” agentliyi yayıb.
Qeyd olunur ki, Kristofer Vialvaya adlı məhkum 1999-cu ildə Texasda dindar cütlüyü öldürməkdə təqsirli bilinib.
Afroamerikalı İndiana ştatının Terre-Hot şəhərindəki həbsxanada ölümcül inyeksiya yolu ilə edam edilib.
Qeyd olunur ki, son dəfə ABŞ-da federal səviyyədə edam hökmü 2003-cü ildə verilib.(oxu.az)